Arif Hacılının Almaniyadakı mənzili üzə çıxdı? - FOTO

18-11-2019, 11:28           
Arif Hacılının Almaniyadakı mənzili üzə çıxdı? - FOTO
Jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkə hesabından Azərbaycanın müxalif partiya liderlərindən birinə məxsus olan və Almaniyada yerləşən mənzilinin fotolarını yayıb.

Axar.az xəbər verir ki, jurnalist Almaniyanın Köln çəhərində yerləşən mənzilin kimə əxsus olduğunu açıqlamasa da, yazdığı statusdan bunun Müsavat Partiyasının başqanı Arif Hacılıya məxsus olduğu anlaşılıb.

Y.Əkrəmoğlu sözügedən mənzilin fotosunu bu sözlərlə paylaşıb:

“Dostlar, kim deyә bilәr, Almaniyanın Köln şәhәrindәki bu binanın axırıncı mәrtәbәsindәki balkonlu mәnzil hansı müxalifәtçi Azәrbaycan siyasәtçisinә mәxsusur? İpucu verirәm: Bu mәnzilin alınmasında mühacir alverindә әldә olunan pulların böyük rolu var.

Evin qiymәti 180 min avrodur. Aylığı 830 avroya kirayә verilib”.

Y.Əkrəmoğlunun yazdığı statusa yazılan şərhlərdə mənzilin Arif Hacılıya məxsus olduğunu bildirilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru