Kerri bir birinə zidd qüvvələrin birliyindən danışdı - Əsəd, müxalif güclər, Rusiya və ABŞ İŞİD-ə qarşı

5-12-2015, 12:40           
Kerri bir birinə zidd qüvvələrin birliyindən danışdı - Əsəd, müxalif güclər, Rusiya və ABŞ İŞİD-ə qarşı
“Keçid dövrü ərzində Əsəd qüvvələri, Suriyada döyüşən müxalif güclər, ABŞ, Rusiya və koalisiya qüvvələri İŞİD-ə qarşı birgə mübarizə apara bilərlər”.

AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Con Kerri bəyan edib.

C. Kerri bildirib ki, yalnız bu halda İŞİD məhv edilə bilər: “Bəşər Əsədlə siyasi bir keçid dövrü üçün əldə olunan razılaşma Suriya ordusunun da İŞİD-ə qarşı mübarizə aparması halında terror təşkilatının sonunu sürətləndirəcək.

İŞİD-ə qarşı hava hücumlarının istənilən nəticəni vermədiyini bəyan edən Kerri bildirib ki, Suriyada quru əməliyyatları üçün ordunun yaradılması lazımdır. Keçid dövrü üçün əldə olunan razılaşma Əsəd qüvvələrini də İŞİD-ə qarşı vuruşmağa sövq edə bilər”.

Kerri bildirib ki, siyasi keçid dövrü razılığı ilə Suriya ordusu və müxalif güclərin İŞİD-ə qarşı birləşmiş ordusu terror təşkilatını bir neçə aya məhv edə bilər: “Suriya ordusu, müxalif güclər, ABŞ, Rusiya və koalisiya qüvvələri İŞİD-i yox edə bilər. Bu iş hava hücumları ilə həll edilə bilməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.