Əli Həsənovun saytlarına qadağa qoyuldu - FOTO

3-12-2019, 20:04           
Əli Həsənovun saytlarına qadağa qoyuldu - FOTO
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun kurasiyasında olan bəzi saytlara qadağa qoyulub.

BAKU.WS-in əldə etdiyi məlumata görə, artıq anews.az, publika.az və aznews.az saytları haqqında məhkəmə qərarı da qəbul edilib.

Belə ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ərizəsi əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə sözügedən saytların rəhbərlərinin İnternet informasiya ehtiyatlarına müraciətlərinin dərhal məhdudlaşdırılması haqqında qərar qəbul edilib.



Qərarda deyilir ki, “ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin maraqlı şəxs www.anews.az, www.publika.az və www.aznews.az internet informasiya ehtiyatlarının sahiblərinə qarşı internet informasiya ehtiyatlarına mürciətin məhdudlaşdırılması haqqında mülki işə baxaraq qət etdi:

www.anews.az, www.publika.az və www.aznews.az internet informasiya ehtiyatlarının sahiblərinə qarşı internet informasiya ehtiyatlarına müraciət dərhal məhdudlaşdırılsın.

Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru