Siyavuş Novruzov seçkidə namizəd olmayacaq? - YAP-dan AÇIQLAMA

12-12-2019, 11:49           
Siyavuş Novruzov seçkidə namizəd olmayacaq? - YAP-dan AÇIQLAMA
9 fevral 2020-ci il tarixinə təyin edilmiş Milli Məclisin növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında təsdiqlənib.

MSK-nın qərarı ilə Yeni Azərbaycan Partiyasının maliyyə məsələləri üzrə nümayəndəsi kimi V çağırış Milli Məclisin deputatı – YAP icra katibinin müavini Siyavuş Novruzov qeydə alınıb.

Sosial şəbəkələrdəki bəzi iddialara görə, Siyavuş Novruzovun növbədənkənar parlament seçkilərində YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilməsi dolayısı ilə onun deputatlığa namizədliyinin irəli sürülməyəcəyini ortaya qoyub.

Modern.az bu iddialatrla bağlı YAP-ın mövqeyini öyrənib. Partiyanın mətbuat katibi Hüseyn Paşayev əməkdaşımıza bildirib ki, bunun məsələyə aidiyyəti yoxdur:

“Proses həmişə belə olub”.

YAP rəsmisi qeyd edib ki, Siyavuş Novruzov ilk dəfə deyil ki, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunur:

“Siyavuş Novruzov həm parlament, həm bələdiyyə, həm də prezident seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə olub”.

“Ancaq Siyavuş Novruzovun YAP tərəfindən deputatlığa namizədliyinin verilib-verilməməsi barədə bir söz deyə bilmərəm. Sadəcə olaraq, dediklərinizin məsələyə aiddiyatı yoxdur. Qanunla məsələ bu cür tənzimlənir”,-deyə Hüseyn Paşayev əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru