Bu gün YAP namizədlər siyahısını açıqlayacaq - Gözlənti

17-12-2019, 10:50           
Bu gün YAP namizədlər siyahısını açıqlayacaq - Gözlənti
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlərinin siyahısını bu gün açıqlaya bilər.

Yenisabah.az xəbər verir ki, hakim partiyanın yetkililəri növbədənkənar parlament seçkilərinin təyin olunmasından qısa müddət sonra açıqlama vermişdilər ki, artıq siyahı hazırdır.

YAP-ın icra katibi Əli Əhmədov isə bildirimişdi ki, siyahıda “köhnələr də var, yenilər də”. Lakin bununla belə YAP gözləmə mövqeyi tutaraq siyahını hələ də açıqlamayıb. Bunun əsas səbəblərindən biri rəqib düşərgənin namizədlərinin məlum olmaması idi.

Artıq müxalifət düşərgəsini namizədlərini açıqlayıb. Bu baxımdan, YAP-ın da bu gün siyahını açıqlayacağı gəzlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru