Prezidentin sabiq köməkçisi televiziya kanalı açıb - Özünün ad və soyadına uyğun...

18-12-2019, 09:30           
Prezidentin sabiq köməkçisi televiziya kanalı açıb - Özünün ad və soyadına uyğun...
Azərbaycan Prezidentinin sabiq köməkçisi, politoloq Eldar Namazov özünə Youtube.com saytında EN.TV adlı kanal açıb.

Reyting.az xəbər verir ki, Eldar Namazov neçə müddətdir bu kanalın açılması üzərində çalışırmış.

Onun mətbuatdan aralı gəzməsini, açıqlamalar verməməsini də bununla əlaqələndirirlər.

Namazov kanalının ilk təqdimatında qeyd edib ki, internet kanalını açmaqda əsas məqsəd dinləyicilərlə mütəmadi münasibət qurmaq, Qarabağ mövzusu da daxil olmaqla müxtəlif məsələlər ətrafında müzakirələr aparmaqdır.

Eldar Namazov əlavə edib ki, verilişlərinin bir hissəsi rus və ingilis dillərində olacaq. O, buna səbəb kimi xaricdə Azərbaycana qarşı kampaniya aparılmasını göstərib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru