Rusiyadan həyəcan siqnalı: İŞİD sürətlə bu bölgəyə gəlir

18-12-2019, 16:10           
Rusiyadan həyəcan siqnalı: İŞİD sürətlə bu bölgəyə gəlir
“Əfqanıstanda vəziyyət pisləşməkdə davam edir. Ölkədə İŞİD terror təşkilatı daha da güclənir”.

Cebhe.info-nun məlumatına görə, bu xəbərdarlığı Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev edib.

O bildirib ki, İŞİD-çilərin əsas qüvvəsi Əfqanıstanın şimalında cəmləşməyə başlayıb. Burada artıq 2 mindən artıq İŞİD-çi var. Onlar Türkmənistan və Tacikistan vasitəsilə Mərkəzi Asiyaya nüfuz etməyə cəhd edirlər.

Tehranda Əfqanıstandakı vəziyyətə dair təhlükəsizlik şuraları və milli təhlükəsizliyə dair müşavirlərin iştirakı ilə keçirilən çoxtərəfli görüşdəki çıxışında Rusiya təmsilçisi Əfqanıstanda yaranmış durumu belə xarakterizə edib.

O bildirib ki, İŞİD-çilərin son məqsədi “Böyük Xorasan” yaratmaqdır ki, bura Əfqanıstan və Mərkəzi Asiya daxildir.

Patruşev əldə edilən informasiyaya əsasən bildirib ki, İŞİD-çilərin hədəfi diplomatik korpuslar, güc strukturları, əcnəbi vətəndaşlar ola bilər.

İŞİD-çilərin sayına gəlincə, Patruşev Əfqanıstanda bu rəqəmin 4 min civarında olduğu qənaətindədir: "Bu yaxınlarda keçirilən uğurlu əməliyyatda 600-ə yaxın İŞİD-çinin məhv edilməsi və əsir götürülməsinə baxmayaraq, hələ də bu rəqəm 2,5 min ilə 4 min arasında dəyişir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru