Ülvi Quliyev yenidən namizədliyini irəli sürdü

26-12-2019, 19:57           
Ülvi Quliyev yenidən namizədliyini irəli sürdü
Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev 15 saylı Yasamal 1-ci seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb.

Gundeminfo.az xəbər verir ki, Ülvi Quliyev 2015-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən seçicilərin böyük əksəriyyətinin etimadını qazanaraq deputat seçilib.

Qeyd edək ki, Ülvi Quiyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində, professor Zahid Quliyevin ailəsində anadan olub. Karate idman növü üzrə VIII Dan qara kəmər sahibidir. 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən, 2015-cu ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (V çağırış) deputat seçilib. Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Peru, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Ailəlidir 2 övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru