XİN-dən Qazaxıstandakı təyyarə qəzası ilə bağlı - Açıqlama

27-12-2019, 10:25           
XİN-dən Qazaxıstandakı təyyarə qəzası ilə bağlı - Açıqlama
"Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən, Almatıda baş verən təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələlik məlumat daxil olmayıb".

Bunu Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Almatı hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Hadisə zamanı daha 35 nəfər xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru