Ənənəvi ritorik sual: “Bizdə niyə bu cür Robin Qud yoxdur?”

27-12-2019, 11:30           
Ənənəvi ritorik sual: “Bizdə niyə bu cür Robin Qud yoxdur?”
İstanbulda Robin Qud peyda olub. Deməli, bir qrup kostyumlu şəxs İstanbulun kasıb məhəllələrini gəzərək ev sahiblərinə pul paylayır, yolda gördükləri uşaqlara 100 lirə verirlər. Həmin şəxslər dükanları gəzərək kasıb ailələrin “nisyə dəftərlərini” qapadırlar. Bir qadının “3-5 min lirəm olsaydı oğlumu evləndirərdim ” ah-naləsini eşidən kostuymlu şəxslər bir az sonra həmin qadına qızıl bilərziklər göndəriblər.

Aydındır ki, kostuymlu şəxsləri İstanbulun kasıb məhəllələrinə hansısa böyük holdinqi olan patron göndərib. Savab iş görür. Türkiyəli Robin Qud kimliyini açıqlamaq istəmir. Ənənəvi sual: “Bizdə niyə bu cür Robin Qud yoxdur?”. Azərbaycanda parlament seçkiləri öncəsində bəzi imkanlı namizədlərin kənd dükanlarında “nisyə dəftərlərini” qapatdıqlarını eşitmişdim, ancaq bu 5 ildə bir baş verə bilər, “nisyə dəftərləri” isə gərək hər il qapansın...
E.Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru