Parlament seçkiləri Türkiyə mətbuatında: “Elçibəyin yol yoldaşı seçkilərə gedir“

27-12-2019, 16:06           
Parlament seçkiləri Türkiyə mətbuatında: “Elçibəyin yol yoldaşı seçkilərə gedir“
Türkiyənin nüfuzlu “KRTTV” kanalında “Qardaş ölkə Azərbaycanda nələr baş verir?” adlı proqramı yayınlanmışdır. KRTTV-nin açıqlamasına görə “FETÖ terror örgütü ilə mücadilə digər ölkələrdə də sürür. FETÖ isə özü ilə bağlantılı qurumları Avropa ölkələrinə məxsus olduğunu nümayiş etdirir. FETÖ ilə mücadilə edən Türkiyənin yanında olan qardaş ölkə Azərbaycanda geniş çaplı bir təmizlənmə hazırlanır. Milli Məclis seçimlərinə yenicə başlanılan kampaniyada FETÖ-ya bağlı şəxslərin adlarının önə çıxarılması da gözlənilir. Bu barədə Milli Məclis seçkilərinə namizədliyini irəli sürmüş və Əbülfəz Elçibəyin yaxın silahdaşlarından “Birləşik Azərbaycan Yurdları”nın başqanı Cahandar Bayoğludur”.

“KRTTV” kanalı daha sonra qeyd edir ki: “Belə bir gəlişmələr yaşanılırkən, bu gün Azərbaycanın prezidenti İlham Əliyevdən Türkiyə ilə bağlı bir açıqlama gəldi. Yəni Azərbaycanın Türkiyəyə qoyacağı yatırımların miqdarı 20 milyard dollar ulaşacaq”.

“Azərbaycanda nələr olur?” deyə suallarını yağdıran KRTTV kanalı araşdırmalarını davam etdirərək bunları önə çəkmişdir: “Prezident İlham Əliyev Milli Məclisi istefaya göndərməklə həyata keçirilən islahatların dönməz iradəyə çevrildiyini sübut etmişdir. Çünki, Azərbaycanda keçmiş Sovetlər Birliyi dönəmindən qalma və FETÖ ilə əlaqəli şəkildə ortaq çalışanları da görəvdən almağa hazırlaşır. Bu mənada əməliyyatların həyata keçirilməsi gözlənilir. Yerli bələdiyyə seçkilərini həyata keçirən Azərbaycanda erkən Milli Məclis seçkilərinin sonucu 9 fevralda tamamlanacaq. Keçmişdən fərqli olaraq bu seçimlərdə namizədlərin fəallığı və əhalinin aktivliyinin yüksək səviyyədə olacağı gözlənilir. Milli Məclis seçkilərində isə, Türk Dünyasına öncəlik verən, Türkiyə ilə işbirliyini dəstəkləyən yeni adların siyasət dünyasına çıxması gözlənilir”.

KRTTV kanalı bildirib ki, Azərbaycan keçiriləcək Milli Məclis seçkilərini yaxından təqib edəcəklər. Bütün namizədlərin fikirlərini və platformalarını incələyəcəklər. İlk olaraq Əbülfəz Elçibəyin özəl təmsilçisi status ilə tanınan, “Birləşik Azərbaycan Yurdları” ocağının başqanı Cahandar Bayoğlunun seçkiyə qatılması ilə yanaşı onun platformasını önə çəkibdir. TV kanal qeyd edir ki, Cahandar Bayoğlu yazdığı köşə yazıları, dərin məzmunlu müsahibələri və açıqlamaları ilə Azərbaycan və Türkiyədə diqqət çəkən bir isimdir. O, Türkiyə-Azərbaycan arasında gömrük birliyini, ortaq müdafiə sənayesinin qurulmasını, hərbi iqtisadi işbirliyini savunur. Eyni zamanda Türk Dövlətlərinə yeni açılımların savunçusu kimi də tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru