YAP-ın siyahısından kənarda qalan deputatlar - ADLAR

28-12-2019, 00:00           
YAP-ın siyahısından kənarda qalan deputatlar - ADLAR
Yeni Azərbaycan Partiyasının (YAP) V çağırış Milli Məclisdə təmsil olunmuş deputatlarından kimlərin adının partiyanın deputatlığa namizədlər siyahısına daxil edilmədiyi məlum olub.

APA-nın xəbərinə görə, V çağırış Milli Məclisin deputatı olmuş 18 YAP-çının adı namizədlər siyahısında yer almayıb.

Rövnəq Abdullayev, Dilarə Cəbrayılova, Şəmsəddin Hacıyev, Ağacan Abıyev, Xanlar Fətiyev, Mirzəcan Xəlilov, Tahir Süleymanov, İlham Əliyev, Arif Rəhimzadə, Elçin Quliyev, Mirkazım Kazımov, Nəriman Əliyev, Əsabil Qasımov, Bahar Muradova, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov və Cavid Qurbanovun namizədliyi partiya tərəfindən irəli sürülməyib.

Qeyd edək ki, YAP 125 dairədən 123-ü üzrə namizəd müəyyənləşdirib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru