ABŞ Yaxın Şərqə 3500 əsgər göndərir - Türkiyədən öz vətəndaşlarına xəbərdarlıq

4-01-2020, 00:06           
ABŞ Yaxın Şərqə 3500 əsgər göndərir - Türkiyədən öz vətəndaşlarına xəbərdarlıq
ABŞ ordusu Yaxın Şərqə 3500 əsgər göndərir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. Məlumata əsasən, 82-ci Hava Hücumu Diviziyası 3500 əsgəri İraq və Küveytdəki ABŞ hərbi qüvvələrinin tabeçiliyinə göndərir.

Bundan əvvəl də Pentaqon 82-ci Hava Hücumu Diviziyasından 750 əsgərin Küveytə yerləşdirildiyini açıqlamışdı.
Türkiyə öz vətəndaşlarına İraqa məcbur olmadıqca səyahət etməmək barədə xəbərdarlıq edib. Türkiyə Xarici İşlər Nazirliyi hal-hazırda İraqda olan türklərin küçələrə aç çıxmalarını, qələbəliklərdən uzaq durmalarını tövsiyə edib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb. İran generalın intiqamının alınacağını və lazımı cavabın veriləcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru