Bakı polisindən MSK binasının qarşısındakı aksiya ilə bağlı AÇIQLAMA

16-02-2020, 17:42           
Bakı polisindən MSK binasının qarşısındakı aksiya ilə bağlı AÇIQLAMA
Mərkəzi Seçki Komissiyasının inzibati binasının önündə keçirilən aksiya ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.
Teref.az rəsmi məlumatı olduğu kimi təqdim edir:
"Bu gün, fevralın 16-da bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd etmişdir. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmış və onlar ərazidən kənarlaşdırılmışlar. Bu zaman ciddi qanun pozuntusu qeydə alınmamış, saxlanılan və xəsarət alan olmamışdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.