Paşinyan erməni əsgərlərinin intiharının səbəbini “tapdı”

22-02-2020, 00:03           
Paşinyan erməni əsgərlərinin intiharının səbəbini “tapdı”
“Ermənistan Ordusunda dinc şəraitdə qeydə alınan hərbçi ölümlərinin səbəbi kriminal submədəniyyətin varlığı ola bilər”.

“Sputnik Ermənistan”ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bu mövzuda çox düşündüyünü və ölüm hallarının səbəbləri ilə bağlı bir sıra versiyalarının olduğunu qeyd edib.
“Kriminal submədəniyyətə qarşı mübarizə mənim göstəriş verdiyim miqyasda aparılmadığı üçün iki məsul şəxs tutduqları vəzifədən azad edilib”, – deyə Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, ölüm hallarına hərbçilərin maaşlarının artması da səbəb ola bilər: “Pul vəsaitinin həcmi artanda mübahisələr və “bazarlar” da güclənir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru