ÜST nümayəndəsi vaksin hazırlanmasından danışdı

21-03-2020, 00:00           
ÜST nümayəndəsi vaksin hazırlanmasından danışdı
“Hazırda ÜST baxılmaq və təsdiq edilmək üçün 40 diaqnostik test müraciəti alıb, 20 vaksin işlənilmə mərhələsindədir”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı hazırlanmış peyvəndin ilkin nəticələrini yaxın həftələrdə gözləyir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ÜST-nin nümayəndəsi Melita Vuynoviç bildirib.

Onun sözlərinə görə, ÜST insanların həyatını xilas etməyə yönəldilmiş elmi araşdırmaları alqışlayır: “Hazırda ÜST baxılmaq və təsdiq edilmək üçün 40 diaqnostik test müraciəti alıb, 20 vaksin işlənilmə mərhələsindədir”.

Vuynoviç qeyd edib ki, ÜST vaksin hazılanmasına investisiya qoyulması üçün müxtəlif ölkələr və Ümumdünya Bankı kimi təşkilatlarla sıx əlaqə saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru