ABŞ-dan İranla bağlı qərar

31-03-2020, 09:11           
ABŞ-dan İranla bağlı qərar
ABŞ İranın nüvə proqramına qarşı sanksiyalardan istisnaların müddətini 60 gün uzadıb.

Teref.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs deyib.

M.Ortequs bildirib: "ABŞ İran hökumətinin nüvə proqramına qarşı dörd tədbirin müddətini daha 60 gün uzadır".

Onun sözlərinə görə, İranın nüvə fəaliyyətinin davam edən genişlənməsi qəbuledilməzdir: "İran hakimiyyəti tərəfindən nüvə şantajı beynəlxalq sülh və təhlükəsizlik üçün ən ciddi təhdidlərdən biridir".

Rəsmi nümayəndə qeyd edib ki, ABŞ İranın bu sahədə stabilliyi pozan fəaliyyətinin qarşısını almaq üçün bütün imkanlardan istifadə etməyə davam edəcək.

Müəllif: Mənbə/Trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru