NATO:"Qarabağdakı "ümumi seçkilər"in nəticələri onun hüquqi statusuna təsir kimi qəbul edilmir"

1-04-2020, 00:02           
NATO:"Qarabağdakı "ümumi seçkilər"in nəticələri onun hüquqi statusuna təsir kimi qəbul edilmir"
“Bu gün Dağlıq Qarabağda keçirilən “ümumi seçkilər”ə gəlincə, NATO bu “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmir və nəticələrin heç bir halda Dağlıq Qarabağın yekun statusuna və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həll edilməsi üçün davam edən danışıqların nəticəsinə xələl gətirməyəcəyini vurğulayır. NATO ATƏT-in Minsk Qrupunu, o cümlədən həmsədrlərin bu məsələ ilə bağlı son bəyanatını dəstəkləyir”.

APA xəbər verir ki, NATO baş katibinin siyasi məsələlər üzrə müavini və Cənubi Qafqaz ve Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay “Facebook” səhifəsində bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru