ABŞ Venesuelada keçid hökuməti formalaşdırmağı təklif etdi

1-04-2020, 05:54           
ABŞ Venesuelada keçid hökuməti formalaşdırmağı təklif etdi
Rəsmi Vaşinqton Venesuelada hazırkı prezident Nikolas Maduro tərəfdarlarının iştirakı ilə müvəqqəti hökumətin formalaşdırılmasını dəstəkləyir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

Bu halda diplomat qeyd edib ki, yeni formalaşdırılacaq hökumətdə nə Maduro olmalıdır, nə onun əsas rəqibi - müxalifət lideri Xuan Quaydo.

Birləşmiş Ştatların xarici siyasət idarəsinin başçısı deyib ki, ABŞ-ın planına əsasən, seçkilərə qədər ölkəyə beş nəfərlik şura rəhbərlik etməlidir. Onun üzvləri parlament tərəfindən üçdə iki səs çoxluğu ilə seçilməlidir.

Pompeonun sözlərinə görə, bu, ABŞ Venesuelaya tətbiq etdiyi sanksiyaların ləğvinə gedən yolda ilk addım ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru