MM-in növbəti - beşinci iclası – NƏ VAXT KEÇİRİLƏCƏK?

2-04-2020, 10:40           
MM-in növbəti - beşinci iclası – NƏ VAXT KEÇİRİLƏCƏK?
Milli Məclisin (MM) növbəti-beşinci plenar iclasının dəqiq vaxtı, nə vaxt keçiriləcəyi bilinmir.

Bu haqda Etikxeber.az-a MM-dən bildirilib.

Qeyd edilib ki, iclasla bağlı qərar parlament rəhbərliyi tərəfindən veriləcək.

O da qeyd edilib ki, koronavirus pandemiyasına və qanunvericiliyə edilən dəyişikliyə görə, beşinci iclas (eləcə də, digər bir neçə iclas) onlayn keçirilə bilər.

Qeyd edək ki, MM-in Daxili Nizamnaməsinə əsasən, MM-in 5-ci iclasında hökumətin hesabatı dinlənilməlidir, ancaq hökumətin hesabatı qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu səbəbdən də, 5-ci iclasda komitələr tərəfindən tövsiyə edilən qanun layihələrinə baxılması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru