Bakı merinə erməni zorakılığı ilə bağlı müraciət edildi

23-07-2020, 20:00           
Bakı merinə erməni zorakılığı ilə bağlı müraciət edildi
Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, hüquqşünas ötən gün ABŞ-ın Los Anceles şəhərində Azərbaycanlılara qarşı törədilən zorakılıq hallarına etiraz olaraq ABŞ-ın Bakıdakı səfirliyi qarşısında piket keçirmək üçün müraciət edib.

"Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikası Qanunun 1,5 maddələrini və Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində təsbit edimiş hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır müddəlarını nəzərə alaraq.

Xahiş edirəm ki, 27 iyul 2020-ci il tarixdə saat 15.00-da ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında 100 nəfərin iştirakı ilə piket keçirməyimizə icazə verəsiniz", - müraciətdə qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru