“Meyvə razborkası”na girişən XİN rəhbərindən Qarabağı umanların menyusuna...
24-07-2020, 02:46

Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrov bu gün Moskvada Ermənistan və Azərbaycan icmalarının nümayəndələri Ara Abramyan və Qod Nisanovla görüşüb.
RF XİN rəhbəri “Fud Siti”nin rəhbərinə Rusiya qanunlarına əsasən davranmağı məsləhət görüb və Ermənistandan gələn meyvələrin qəbul edilməsində yaranan problemləri həll etməyi tapşırıb. Qeyd edək ki, Moskvada Araz Ağalarova da mənsub olan “Tvoy dom” ticarət evindən də Ermənistanda istehsal olunan məhsullar bir günün içərisində yığışdırılıb və Azərbaycandan gələn məhsullarla əvəz olunub. Çox yaxşı.
Söhbət nədən gedir? ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan dövlətin xarici işlər naziri “meyvə razborkası” işinə müdaxilə edir, məsələnin ermənilərin istədiyi kimi həll olunmasına çağırır. Bu ölkənin baş diplomatı “meyvə razborkası”nda erməninin yanında durubsa Qarabağ məsələsində neytral mövqe sərgiləyəcəkmi? Neçə illərdir bu işin başında gələn, “Qarabağ Azərbaycanın daxili işi deyil” deyən Rusiya XİN başçısından hansı ədalətli qərar gözləmək olar. Neçə illərdir su bulandıran bu erməni əsilli nazirə hələ bir dəfə yerini göstərən Azərbaycan rəsmisi görməyib bu millət.
Rəsmi informasiyada guya iki icmanın münasibətləri müzakirə olunub. Yalandır. İcma söhbəti deyil, ortada “Fud Siti” böhranı olduğundan obyektin rəhbəri yəhudi əsilli Qod Nisanov dəvət olunub. Əslində bu məsələyə Moskva höküməti, şəhər rəhbərliyi münasibət bildirməliydi. Amma yox, erməni əsilli Rusiya baş diplomatı özü şəxsən bu işə qarışır və məsləhət yox, “ idite i skoro reşayte vopros, kak Vam skazal” deyir. Lavrovun leksikonunda söyüş terminlərinin bol olduğu hamıya məlumdur və yəqin hələ bir söyüşlə də yola salıb.
“Bazar söhbətinə” qarışıb erməni tərəfi tutan Rusiya XİN rəhbərindən kömək gözləyən Bakının “beşinci kalonu”, Rusiyaya xidmət göstərib aşkara medal alanlar, gizlidə xəbər daşıyanlar, Sizlərlə düşmən erməninin heç bir fərqi yoxdur!
İlham İsmayıl