“İstisna edilmir ki, il ərzində əməkhaqqı və pensiyaların artırılması məsələsinə yenidən baxılacaq” - Prezident İlham Əliyev

18-01-2016, 17:28           
“İstisna edilmir ki, il ərzində əməkhaqqı və pensiyaların artırılması məsələsinə yenidən baxılacaq” - Prezident İlham Əliyev
“İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılacaq”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, son illər ölkədə həyata keçirilən işlər insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəlib: “Bu yaxınlarda pensiya və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Neftlə zəngin ölkələrin, eləcə də neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində biz buna bənzər addımlar müşahidə etmirik. Məndə məlumat yoxdur ki, hansısa ölkə indiki böhran şəraitində əməkhaqlarını və pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır və bizim güclü sosial siyasətimizin təzahürüdür. Bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcək. İndiki şəraitdə bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. İstisna edilmir ki, il ərzində əməkhaqqı və pensiyaların artırılması məsələsinə yenidən baxılacaq. Bu, bizim imkanlarımıza bağlı olan məsələdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.