Prezident İlham Əliyevin Davosda daha bir görüşü - Bu dəfə BP şirkətinin baş icraçı direktoru ilə

21-01-2016, 09:38           

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin Baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Azərtac xəbər verir ki, görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.