İsrail Qüdsdə məscidin sökülməsi haqda qərar verdi... -

16-09-2020, 08:32           
İsrail Qüdsdə məscidin sökülməsi haqda qərar verdi... -
"Hanı “Ərəb Birliyi”? Müsəlman(!) adlanan Misir, BƏƏ, Bəhreyn və s. artıq İsraillə qardaşlaşır..."


İsrail məhkəməsi işğal altında qalan Şərqi Qüdsdəki bir məscidin "inşaat izni verilməməsi" əsasında sökülməsinə qərar verib.

Moderator.az bu haqda “Əl-Cəzirə” nəşrinə istinadla xəbər verir.

2012-ci ildə inşa edilmiş və yüzlərlə möminin ibadət etdiyi Silvan şəhərindəki “Kakaa bin Amr” məscidi söküləcək. İlk söküntü əmri 2015-ci ildə verilib, lakin indiyədək qüvvəyə minməyib. Bu dəfə isə İsrail rəsmiləri ciddidir.

Son illərdə İsraildən gəlmələr əl-Əqsa məscidi yaxınlığında yerləşən Silvan şəhərində onlarla fələstinli evini ələ keçirib. İndi “növbə” ibadət məkanlarına da gəlib.

Məscidin sökülməsi əmrinə cavab olaraq Qəzzadakı Vəqflər və Din İşləri Nazirliyi İsrail hökumətinin hərəkətlərini pisləyən bir bəyanat yayıb. Nazirlik Ərəb Birliyini və İslam Əməkdaşlıq Təşkilatını Qüdsdəki müsəlmanların müqəddəs yerlərini qorumağa çağırıb.

P.S. Hanı “Ərəb Birliyi”? Müsəlman(!) adlanan Misir, BƏƏ, Bəhreyn və s. artıq İsraillə qardaşlaşır...

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.