Fərhad Əhmədov:Erməni soyqırımını tanımayanlara cinayət işi açılması Rusiyada millətlər arası vəziyyəti ağırlaşdıra bilər!

21-01-2016, 18:32           

teref.az Rusiyann Rosblat saytında dərc olunmuş Azərbaycanlı eks senator Fərhad Əhmədovun Rusiya Dövlət Dumasının sədri Serqey Narışkinə məktundan remarkları tərcümə edərək təqdim edir:
Fərhad Əhmədov: Erməni soyqırımını tanımamağı kriminallaşdırmaq millətlər arası vəziyyəti son drəcə aırlaşdıra bilər.
Bunu eks- senator Fərhad Əhmədov RF-nın Dövlət Dumasının sədri S. Narışkinə yazdığı məktubunda deyib.
Fərhad Əhmədov məktubunda " İnsanı fikir qənaətinə görə 5 il həbs cəzası vermk və ya 3 illik maaşını əlindən almaq nonsensdir. Fransada bu məsələ konstusiya məhkəməsindən keçmədi. Belə bir qanunun dünyada analoqu yoxdur." deyə yazır.
Dumanın sədrinə yazılan məktubda deyilir, 14 aprel 1995-ci ildə Federasiyalar Şurası öz mövqeyini bildirib. O " 1915-1922 illərdə baş vermiş Erməni soyqurımını pisləyən" bəyanat qəbul etdi.
Keçmiş senator qeyd edir ki,belə bir qanun layihəsi ilə çıxış edən layihə müəlliflərinin erməni soyqırımını ağır cinayətlərə bərabər tutmağı heç cürə başa düşüləsi deyil.

Fərhad Əhmədov Narışkinə məktubunda yazır:" Bu qanun layihəsinin gələcəkdə mərhələlərdən keçərək müzakirə edilməsi millətlər arası münasibətlərin kəskinləşməsinə səbəb olacaq və Rusiyada yaşayan erməni və azərbaycanlıların arasında vəziyyəti dahada pisləşdirər."
Məktubda sonra yazılır: " Təəsüflə bildiriəm ki, həyatımın 40 ilini verdiyim və maraqlarını 5 il Federasiyalar Şurasının üzvü kimi qoruduğum Rusiyada bu və ya digər bir səbəblərdən bu qanun layihəsi qəbul edilərsə mən Rusiya Federasiyasının vətəndaşlığından imtina etməyim barəsində düşünməli olacağam."
Yadınıza salmaq istəyirik ki, 2015-ci il 25 noyabrda "Spravedlivaya Rossiya" fraksiyasının üzvü Sergey Mironov və viçe spiker Nikolay Leviçev Rusiya Dövlət Dumasının aşağı palatasına reaksion ermənipərəst layihə təqdim etmişdilər. Layihədə 1915- ci ildə Osmanlı imperiyasında erməni soyqırımını tanımayanlar cinayət cəzası nəzərdə tutulurdu. Erməni soyqımını tanımayanlara 3 ilə qədər iş verilir, əgər o KİV vasitəsi ilə edilibsə 3 ilə qədər həbs və yaxud 500 000 rub cərimə edilməli idi. Erməni soyqırımını tərəfini tutanlar isə 300 000 rubl cərimə olunmalı və ya 2 il onların zəhmət haqqısı tutulmalı idi.
Mənbə; Rosblat.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.