Ermənilər Laçında yeni kənd salır - Fotolar

21-01-2016, 21:54           
Ermənilər Laçında yeni kənd salır - Fotolar
Azərbaycanın işğal altındakı Laçın rayonunda Ariavan adlanacaq yeni kəndin tikintisi sürətlə davam edir.

Laçının müharibə zamanı dağıntılara məruz qalmış Zabux kəndinin yerində salınan yeni kənd ermənicə Ariavan adlanacaq və 50 evdən ibarət olacaq. Hazırda evlərdən 26-sı istifadə verilsə də, 24-nün tikintisi ilin sonuna qədər başa çatdırılacaq.

Paralel olaraq Ariavan kəndinə yeni yollar salınır və kanalizasiya, su xətləri çəkilir.

Ariavan kəndinin yaradılması fikri Livan ermənilərinə məxsusdur. Məhz onların yaratdığı “Ari” fondu Zabux kəndinin xarabalıqları üzərində salınan kəndin maliyyə xərclərini öz üzərinə götürüb.

Gələcəkdə evlərin sayı 150-ə çatdırılacaq və onlardan biri hissə Qarabağa köçən ermənilərə, qalanı isə satışa çıxarılacaq.

Qeyd edək ki, Laçın rayonun Zabux kəndi Ermənistanın Gorus rayonu ilə həmsərhəd ərazisində yerləşir/modern.az/.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.