Neft Şirkətinin işçiləri xəbərdarlıq tətili keçirəcək

21-01-2016, 23:51           

“Qarasu” Əməliyyat Şirkətində kütləvi ixtisarlar aparılır. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mürvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, “Qarasu ƏŞ” ölkədə ən çox işçi hüquqlarını pozan şirkətdir: "Təşkilatımıza daxil olan məlumata görə, bu gün şirkətin mühəndis-texniki işçilərini kadrlar şöbəsinə çağırıb onları ödənişsiz məzuniyyətə göndərmək üçün ərizə yazdırmağa cəhd ediblər. İşçilərin bəziləri ərizə yazmaqdan imtina (düz ediblər) ediblər.

Onu da qeyd edim ki, şirkətin istismar etdiyi “Kaləməddin” və “Mişovdağ” yataqları İqor Kirdodaya dədəsindən qalmayıb. Aldığım məlumata görə, fevralın 1-də işçilər xəbərdarlıq tətil keçirtmək fikrindədirlər. Məlumatı dəqiqləşdirməyə çalışırıq və araşdırma aparırıq”. //virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.