Strasburqda azərbaycanlı və erməni deputatlar toqquşdu

26-01-2016, 00:43           
Strasburqda azərbaycanlı və erməni deputatlar toqquşdu
Fazil Mustafa: “Nümayəndə heyətimizin üzvləri partiya qruplarında ermənilərlə və onların tərəfdarları ilə çox ciddi söz savaşı apardılar”
aspa“Sabah Ermənistanın işğal siyasətini qınayan iki qətnamə layihəsi müzakirəyə çıxarılacaq”. Bunu Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa Strasburqdakı müzakirələr barədə Musavat.com-un əməkdaşının suallarını cavablandırarkən bildirib.
Deputatın dediyinə görə, AŞPA-nın qış sessiyasının başlandığı ilk gündən Azərbaycanın nümayəndə heyəti Strasburqda erməni tərəfinin ciddi əngəlləri ilə qarşılaşıb. “Buna baxmayaraq, nümayəndə heyətimizin üzvləri partiya qruplarında ermənilərlə və onların tərəfdarları ilə çox ciddi söz savaşı apardılar”-F.Mustafa əlavə edib.
Qeyd edək ki, sessiyanın 26 yanvar tarixli iclasında Azərbaycan ərazilərinin işğalı və erməni işğalçılarının Sərsəng su anbarından təhdid vasitəsi istifadəsinə dair qətnamə layihələri müzakirəyə çıxarılacaq. F.Mustafa ümid edir ki, sabah çox gərgin müzakirə gözlənilsə də, Azərbaycanın haqlı mövqeyi Avropa deputatlarının əksəriyyəti tərəfindən dəstəklənəcək: “Bu sessiyada məhbuslarla bağlı məsələ gündəlikdə nəzərdə tutulmayıb. Azərbaycanlı girovlarla bağlı məsələ də müzakirə olunacaq və burada da arzuladığımız qərarı gözləyirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.