Prezident: "Maaşlar 5 dəfə, pensiyalar..."
27-01-2016, 09:24
Son 12 ildə 25 elektrik stansiyası tikilib, ölkə üzrə qazlaşdırma 90 faizə yaxınlaşıb, bütün şəhərlərimiz “mavi yanacaq”la təmin olunub, 10 min kilometrdən çox yol çəkilib, xeyli sosial layihələr icra edilib, 3 min məktəb, 600-ə yaxın xəstəxana, 41 olimpiya mərkəzi tikilib, maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, məcburi köçkünlər üçün 225 min insanın yaşadığı 89 şəhərcik salınıb.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda deyib.
Dövlətimizin başçısı manatın məzənnəsinin aşağı düşməsinin obyektiv səbəblərdən irəli gəldiyini bildirib, 2016-cı ilin ciddi iqtisadi islahatlar dövrü olacağını, artıq bununla bağlı müəyyən addımların atıldığını deyib.
2004-cü ildən regionların inkişafı ilə bağlı fəaliyyətdə olan dövlət proqramını xalqımızın həyatında tarixi hadisə adlandıran Prezident İlham Əliyev dedi ki, son 12 ildə 25 elektrik stansiyası tikilib, ölkə üzrə qazlaşdırma 90 faizə yaxınlaşıb, bütün şəhərlərimiz “mavi yanacaq”la təmin olunub, 10 min kilometrdən çox yol çəkilib, xeyli sosial layihələr icra edilib, 3 min məktəb, 600-ə yaxın xəstəxana, 41 olimpiya mərkəzi tikilib, maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, məcburi köçkünlər üçün 225 min insanın yaşadığı 89 şəhərcik salınıb. Bütün bunların da xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi irsinin uğurları sayəsində mümkün olduğunu deyən dövlətimizin başçısı liberal siyasəti ilə seçilən Azərbaycanın artıq böyük enerji və kosmik layihələri icra edən bir ölkəyə çevrildiyini bildirib.