Adil Əliyev “Azpetrol”un işçisini döyən qohumundan - yazdı

27-01-2016, 21:03           
Adil Əliyev “Azpetrol”un işçisini döyən qohumundan - yazdı
Millət vəkili Adil Əliyev “Azpetrol” yanacaq doldurma məntəqəsinin mühafizəçisini döyən qohumu İsa Əzizov haqda məlumat yayıb.

teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A. Əliyev qeyd edib ki, cinayət varsa, cəzası da olmalıdır: “Uzaq qohumumuz olan İsa Əzizovun və dostlarının yanacaqdoldurma məntəqələrindən birində zorakılıq halına yol verdiyi bildirilir. Biz uzaq qohum olaraq bu şəxsin əməllərinə cavabdeh deyilik. Onun ailəsinin böyüyü həmin şəxsi tənbeh etməlidir.

Təəssüf ki, bəzi saytlar məsələnin mahiyyətini kənara qoyaraq sanki əllərinə fürsət düşmüş kimi başlığa İsa Əzizovun bizimlə qohumluq əlaqlərini ön plana çəkirlər. İsa Əzizovun hərəkətində qanunsuzluq təsbit olunarsa, o da hamı kimi qanun qarşısında cavab verəcək. Bunun başqa alternativi yoxdur. Bəzi saytlarda yazıblar ki, guya adı çəkilən şəxs Kikboksinq Federasiyasının üzvüdür. Bu da kökündən yanlış xəbərdir, İsa Əzizovun yaxından, uzaqdan federasiyamıza aiddiyyatı yoxdur, yarışlarımızda iştirak etməyib. Onun hansı idman növüylə məşğul olması haqqında da məlumatım yoxdur.

Bir də ki, Kikboksinq Fefderasiyasının rəhbəri olaraq daima idmançılarımıza onu aşılayıram ki, rinqdən kənarda heç kimə qarşı güc nümayiş etdirmək olmaz, əks halda qanun qarşısında cavab verəcəksiniz. Sağ olsunlar, federasiyamızın idmançıları, heç zaman üzümüzü qara etməyiblər, qazandıqları ancaq medallardır ki, bayrağımızı ucaldırlar. Hər gün ölkədə nə qədər cinayət hadisəsi baş verir. Bu kimi cinayətlər də onlarından biridir. Hər kəs özünə və ailə üzvlərinin hərəkətlərinə cavabdehlik daşıyır. Mən düşünürəm ki, ictimaiyyət də bu fikrimlə razılaşar. Biz ailəliklə dövlətimizə bağlı qanunsevər insanlarıq, Bu həmişə belə olub və bundan sonra da belə olacaq. Buna kimsənin zərrə qədər də şübhəsi olmasın.

Sonda fikirlərimi bu sözlərlə bitirmək istəyirəm: Əllərində balta tutub gözləyən bəzi həmvətənlilərim öz pisliklərindən qalmırlarsa, biz niyə öz yaxşılıqlarımızdan qalmalıyıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.