"Bu, Azərbaycanla Ermənistan arasında razılaşma idi, Rusiya yalnız vasitəçi oldu" - Putin

22-11-2020, 18:14           
"Bu, Azərbaycanla Ermənistan arasında razılaşma idi, Rusiya yalnız vasitəçi oldu" - Putin
"Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada yalnız vasitəçidir".

Bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

V. Putin deyib ki, Rusiya tərəflər arasında sülhün əldə olunması məqsədi ilə razılaşmaya əməl olunması üçün vasitəçi rolunu üzərinə götürüb: "Biz indi bu işlə məşğuluq. Mətnin özünə gəlincə, bunu üçümüz hazırladıq - təbii ki, mən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan".

Rusiya prezidenti qeyd edib ki, başqa cür mümkün deyildi: "Əslində bunlar iki tərəf - Azərbaycan və Ermənistan arasında imzalanan müqavilələr idi və Rusiya yalnız vasitəçi rolunu yerinə yetirdi, bu sənəddə tərəflərin dinc şəkildə ayırmasını həyata keçirmək öhdəliklərini öz üzərinə götürdü. Hazırda biz bunu edirik. Bu səbəbdən birgə bəyanatın müəllifləri şübhəsiz ki, üç tərəfdir".///qaynar.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru