Rusiyanın Suriyadakı uğurları ABŞ-ın Cenevrə görüşləri ilə bağlı planlarını sürətləndirdi.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Politiko” jurnalında dərc olunan məqalədə qeyd edilib.
Məqalədə Suriyanın müxalifət liderlərinin ABŞ hakimiyyətinə olan inamının itdiyi və bu səbəbdən Cenevrə görüşlərinin uğursuz olacağı vurğulanıb:
“Rusiya və İran kimi Suriyada önəmli hərbi qüvvəyə malik olanlar son həftələrdə Əsədə xeyli yardımçı oldular. ABŞ isə bu mənada daha uğursuzdur. Gedişat Suriya müxalifətinin xeyrinə deyil. Çünki rəsmi Vaşinqton Rusiyanın sülh prosesi ilə bağlı təkliflərini qəbul etməyə məcbur olub. Əgər Cenevrə görüşləri uğursuzluqla nəticələnərsə, Barak Obamanın xarici siyasətdəki nüfuzu kəskin şəkildə düşər”.