“İlham Əliyevlə Vaşinqtonun arasını vurmaq istəyirdilər...” - Baş tutmayan inqilabın koordinatoru
29-01-2016, 14:11
ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin keçmiş rəhbəri, Azərbaycanda “rəngli inqilab” təşkil etmək üçün milyonlarla dolları fəallara paylamaqda ittiham olunan Aleks Qriqoryevs bu iddiaları “gülməli” adlandırır.
Haqqin.az saytının Moldova müxbiri ilə suallarında Alekse Qriqoryevs deyib ki, onun Azərbaycandan çıxarılması hansısa mübarizənin nəticəsi idi.
“Bəli, mən Amerika təşkilatının nümayəndəsi idim. Həmn təşkilatın pulları mənim adıma göndərilirdi. 3 illik fəaliyyətimiz ərzində biz təxminən 1 milyon dollar xərcləmişdik. Bura Bakının mərkəzində ofisin saxlanılması, əməkdaşlara maaş verilməsi, nəhayət bütün Azərbaycan boyu treninqlərin keçirilməsi daxil idi”-Alekse Qriqoryevs deyib.
“Bu puldan bir dollar da olsun hesabdan yayındığı olmayıb. Ona görə də əlbətdə ki, mənim barəmdə deyilənlər gülməlidir”-Qriqoryevs bildirib.
NDİ-nin keçmiş nümayəndəsi hesab edir ki, onun barəsində irəli sürülən ittihamlar Rusiyanın işi ola bilərdi. “Mən hesab edirəm ki, Rusiyanın hansısa xüsusi xidmət orqanı İlham Əliyevin amerikalılarla arasını vurmaq istəyirdi. İlham Əliyev isə doğrudan da ehtiyatlandı. Çünki həqiqətən mən harda işləmişdimsə orada hansısa inqilablar olmuşdu. Haradasa bunlar təsadüf idi”-Qriqoyevs deyib.
NDİ-nin keçmiş Bakı nümayəndəsi bildirib ki, o, Gürcüstanda da işləyib. Ancaq “qızılgül inqilabı”ından bir il əvvəl bu ölkəni tərk etmişdi və Saakaşvilinin hakimiyyətə gəlməsində heç bir rolu olmamışdı. “Mən Ukraynadan da “narıncı inqilab”dan bir il əvvəl çıxmışam. Ancaq hesab edirlər ki, bir halda ki, bütün bunlar Ukraynada və Gürcüstanda baş verib deməli kimsə bunları təşkil edir”-Qriqoryevs deyib.
Qriqoryevs deyib ki, onun barəsində “Facebook inqilabı” haqda iddiaları Eynulla Fətullayev yazmışdı. “Buna görə ondan incimirəm. Görünür kimsə əmr edib, o da yazıb. Ancaq kim əmr edib? Çünki onun haqqımda yazdıqları çürük yumurtaya da dəyməz. Mən bütün bunlar haqda vaxtilə “Turan” agentliyinə müsahibə də vermişəm”-o bildirib.