“Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi barədə məlumatlar yalandır” - Prezident İlham Əliyev

29-01-2016, 22:45           
“Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi barədə məlumatlar yalandır” - Prezident İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökumətinin Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

APA-nın məlumatına görə, dövlət başçısı bu Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib ki, Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandan ibarətdir.

Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini də bildirib.

Qeyd edək ki, yanvarın 28-də “Financial Times” qəzeti və “Reuters” agentliyi Azərbaycan hökumətinin BVF və DB ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə məlumat yayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.