Rusiya Türkiyə sərhədini niyə təkrar pozdu?

1-02-2016, 09:54           

Çoxları Rusiyanın Su-34 bombardmançısının Türkiyənin hava məkanını növbəti dəfə niyə pozduğunu başa düşmədiyini deyir. Lakin burda hər şey sadədir.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı blogger Sergey Naumoviç deyib.

"Rusiya sadəcə olaraq, gündəmi dəyişməyə çalışır. Kreml informasiya ilə oynamağı yaxşı bacarır. Əgər gündəm Kremlin lehinə deyilsə, informasiya şəbəkələri ortaya atılır. Misal üçün, son günlərdə Putinin adı korrupsiyada hallanırdı. Dərhal Rusiya Suriyada humanitar karvanı bombaladı və sonra Türkiyənin hava məkanını pozdu", - blogger bildirib.

Qeyd edək ki, ötən gün Rusiyanın Su-34 bombarmançısı Türkiyənin hava məkanını pozub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.