Cəlal Əliyevin evinə məşhur məmurlar da gəlməkdə idi... - Gecə saatlarında...

1-02-2016, 12:08           
Cəlal Əliyevin evinə məşhur məmurlar da gəlməkdə idi... - Gecə saatlarında...
Dünən axşam haqqın.az saytı köməkçisindən əldə olunmuş məlumata əsasən akademik, keçmiş millət vəkili, prezidentin əmisi Cəlal Əliyevin uzun sürən xəstəlikdən sonra vəfat etməsi barədə xəbər yaymışdı. Bir neçə dəqiqə sonra bəzi az oxunan və açığını desək, məlumatsız kütləvi informasiya vasitələri ( ölüm xəbərinin təkzibini "Tezadlar" qəzeti vermişdi xəbəri) akademikin ailəsinə əsaslanaraq bu məlumatı təkzib etdilb. Əlbəttə ki, həmin saytların məlumatını diqqətdən kənarda da saxlamaq olardı.

Lakin jurnalist peşəkarlığı və vəzifə borcu bizi məcbur etdi ki, bu işi sona çatdıraq. İlk olaraq Azərbaycan Milli Elmlər Akademiyasına zəng etdik. AMEA-da akademikin vəfatı barədə məlumatı təsdiqlədilər. Lakin təkzibedilməz sübutlara rəğmən, haqqın.az saytının redaksiya heyəti akademikin evinə tərəf yollandı.

Cəlal Əliyevin iqamətgahı Badamdar qəsəbəsində yerləşir. Evə çatar-çatmaz orada xeyli insanın toplaşdığını gördük. Mərhumun qohumları, həmkarları və dostları evin yaxınlığında idilər. Gec olmasına baxmayaraq, Cəlal Əliyevin evinə məşhur məmurlar da gəlməkdə idi. Bir qədər sonra, saat 4:00-da onun nəşini Heydər ƏIiyev məscidinə aparmaq üçün xüsusi avtomobil də gəldi.

Bəzi KİV-in istinad etdiyi akademikin ailəsinə gəlincə, C.Əliyevin iqamətgahında bizə məlumat verildi ki, mərhumun qızı Bakıya bir neçə saat öncə gəlib... Və heç bir jurnalist, Cəlal ƏIiyevin qohumlarının sözlərinə görə, onlarla ünsiyyətdə olmayıb. KİV-də ailəyə istinadən yayılmış məlumat isə uydurmadan başqa bir şey deyil.

Dövlət qurumlarının mətbuat xidmətləri, öz rəhbərlərindən ehtiyatlanaraq, onsuz da ünsiyyətə çətin daxil olurlar. Bu halda isə bəzi həmkarlar sifarişli tapşırıqları və qeyri-peşəkarlıqları ilə əlavə maneələr törədirlər.

Azərbaycan jurnalistləri bax belə ağlasığmaz və olduqca çətin şərtlər daxilində işləməyə məcburdurlar və hətta fəaliyyətdə olmayan, keçmiş məmurlar barədə məlumatları zərrə-zərrə, soyuq qış gecələrini yuxusuz keçirməklə əldə etməli olursan.

Müvafiq dövlət qurumlarının çıxış edərək məlum həqiqəti – akademik Cəlal Əliyevin vəfat etməsini təsdiq etməsi daha asan olmazdımı? 88 yaşlı alimin vəfatı ətrafında bu cür yersiz və əsassız ajiotaj yaratmağın nə mənası vardı?

İstənilən halda, əziz oxucular, hər bir və hətta ən mürəkkəb vəziyyətlərdə belə bizə etibar edə bilərsiniz. Əlimizdən gələni edəcəyik ki, sizə hər zaman həqiqətləri çatdıraq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.