Rusiyada tarixi Cümə məscidi caz məktəbinə çevrildi...-RƏZALƏT- FOTOLAR
4-01-2021, 09:34

Tarixi Rostov Cümə məscidinin binasının uşaq caz məktəbinə verilməsi qərarı bu yaxınlarda şəhər meriyası tərəfindən qəbul edilib.
Moderator.az xəbər verir ki, bu haqda yerli Donnews.ru saytı məlumat yayıb.
Yaranmış vəziyyətlə bağlı meriyanın saytında aşağıdakı izahat yerləşdirilib:
“Hazırda klub binası operativ idarəetmə hüququ əsasında əsas qanuni fəaliyyət növlərinin həyata keçirilməsi üçün Kim Nazaretov adına “Uşaq İncəsənət məktəbi” təhsil və konsert birliyinə həvalə edilmişdir”.
Meriya öncədən şəhər büdcəsində yeni bir məktəb inşa etmək üçün pul olmadığından uyğun binalar axtarıldığını bəyan edib.
Uzun müddətdir ki, sovet dövründə kommunistlər tərəfindən müsəlmanlardan müsadirə edilən Rostovdakı tarixi Cümə məscidinə kimin sahib olması məsələsi şəhərin müsəlman icması ilə yerli məmurlar arasında mübahisələrə səbəb olub.
SSRİ dönəmində məscidin binasında hərbçilər üçün bir klub fəaliyyət göstərib. Bu gün isə bina şəhərin balansındadır.
Müdafiə Nazirliyi 2019-cu ilin yazında məhkəmələr vasitəsilə binanı “hərbi personal arasında mədəni və maarifləndirmə iş” üçün istifadə etmək məqsədilə geri qaytarılmasına çalışıb. Lakin 2019-cu ilin avqust ayında məhkəmə meriyanın lehinə qərar verib.
Ayrıca, uzun müddətdir, Rostov müsəlman icması tarixi irsə yiyələnmək üçün tam hüququnun olduğunu iddia edərək yerli hakimiyyətlə məhkəmə çəkişmələrində olub. Təəssüf ki, bütün məhkəmələrdə haqsız olaraq meriyanın xeyrinə qərar verilib...
Xatırladılır ki, Krasnoarmeyskaya küçəsi, 97 ünvanında yerləşən keçmiş ordu klubu bir neçə ildir tərk edilmiş vəziyyətdədir. 1963-cü ilə qədər inqilabdan əvvəl inşa edilmiş Rostov Cümə məscidi bu binada yerləşib. Lakin sonradan bina “milliləşdirilərək” günbəz və minarəsi uçurulub və əsgər klubu kimi qonşuluqdakı hərbi hissəyə verilib...
Sultan Laçın