"Müharibə nə yaxşı ki, tez və qələbə ilə bitdi" - Olqa Lerman

4-01-2021, 21:10           
"Müharibə nə yaxşı ki, tez və qələbə ilə bitdi" - Olqa Lerman
“Bir il yarımdır Bakıda olmuram və əlbəttə ki, dəli kimi darıxıram. Anam “Kalaşnikov”un premyerası üçün Moskvaya uçdu. Ancaq çoxdandır atamı görmürəm. Düzü, insanlar üçün də darıxıram. Mənim üçün Bakı sevimli insanlarım, ailəm, qohumlarım, dostlarımdır. Mən onları çox görmək istəyirəm. Ancaq pandemiya ilə bağlı Azərbaycanda teatrların, ümumiyyətlə, işləməməsi məni üzdü. Moskvada salonun yüzdə 25-i dolur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri E. B.Vaxtanqov adına Moskva komediya teatrının aparıcı aktrisası, STS telekanalında yayımlanan “Rodkom” serialının baş qəhrəmanı Olqa Lerman rus mediasına açıqlamasında söyləyib.

İkinci Qarabağ müharibəsindən danışan aktrisa həyəcanını gizlətməyib: “Anamla hər gün danışırdım. O, çox fəaldır. Hadisələri diqqətlə izləyir. Mənə ətraflı məlumat verirdi. Nə yaxşı ki, müharibə tez və qələbə ilə bitdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru