Ermənistan siyasətində və hökumətində az -çox ağlı başında olan elə Paşinyandır... - FAKT

21-01-2021, 08:34           
Ermənistan siyasətində və hökumətində az -çox ağlı başında olan elə Paşinyandır... - FAKT
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşaya sahiblik üstündə mübahisə ediblər.

"Bu gün baş verənləri təsvir etmək üçün söz tapmaq çətindir", deyə, erməni müəllif Bagramyan özünün telegram səhifəsində yazır.

Sitat: "Günortadan sonra xarici işlər naziri Ara Ayvazyan bəyan edir: "Şuşi (Şuşa -red.) bir erməni mədəniyyət mərkəzidir. Kimin nə elan etməsindən asılı olmayaraq, Şuşinin türk mədəniyyət mərkəzi ola biləcəyi ilə razılaşmırıq".

Bir neçə saat sonra Baş nazir Paşinyan parlamentdə çıxış edərək deyir: "Əhalisinin 90% -dən çoxunun azərbaycanlı olduğu Şuşinin (Şuşa!) öz statusuna görə erməni olduğunumu söyləmək istəyirsiniz?"

Adətən bu cür ziddiyyətli bəyanatlar İrəvan və Bakı tərəfindən verilirdi.

Bu gün o yerə çatmışıq ki, Şuşinin statusu ilə bağlı bir ölkənin hökumət başçısı və xarici işlər naziri tərəfindən ziddiyyətli açıqlamalar verilir..."

Sitatın sonu.

Görünən budur ki, Ermənistan siyasətində və hökumətində az -çox ağlı başında olan elə Paşinyandır...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru