Hökumətin kəmərsıxma siyasəti təhsil sistemini hədəfə aldı - 2 universitet birləşdirilir

5-02-2016, 22:53           
Hökumətin kəmərsıxma siyasəti təhsil sistemini hədəfə aldı - 2 universitet birləşdirilir
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedralar birləşdirilib, universitetin işçiləri gələn dərs ilindən ixtisar ediləcək.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov Trend-ə bildirib ki, universitetin rektoru Mustafa Babanlının əmrinə uyğun olaraq, fevralın 3-dən bu təhsil müəssisəsində fəaliyyət göstərən kafedraların sayı azaldılaraq onların sayı 28-ə (7 fakültə üzrə) çatdırılıb.
Prorektorun sözlərinə görə, bu əmrə qədər universitetdə ümumilikdə 48 kaferda olduğu, hər fakültə üzrə 7-8 kafedra fəaliyyət göstərdiyi halda, hazırda universitetdə hər fakültə üzrə cəmi 4 kafedra fəaliyyət göstərir.

Q.Məmmədov deyib ki, bu tədris ili üzrə dərs yükü artıq formalaşdırıldığından kafedraların ləğvi ilə əlaqədar müəllimlər ixtisar edilməyəcək. Amma gələn tədris ilindən müəllimlər ixtisar ediləcək: “Müəllimin illlik dərs yükü ümumilikdə 1500 saatdır. Onun 500 saatı tədris yüküdür. Qalan 500 saatında müəllim metodiki işlər, 500 saatında elmi-tədqiqat işi ilə məşğul olmalıdır. Hər bir müəllimin tədris yükü 500 saatdan formalaşdırılırdı. Amma yeni tədris ilindən tədris yükü 600-650 saatdan formalaşdırılacaq”.
Q.Məmmədov əlavə edib ki, bu islahat nətiəsində universitetdə 50-60 müəllim ixtisar edilə bilər: “Əgər professor-müəllim heyətində ixtisarlar olsa, onda tədris köməkçi heyət də ixtisar ediləcək. Bunda məqsəd daha az sayda professor-müəllim heyəti ilə daha keyfiyyətli təhsil vermək və əmək haqlarını artırmaqdır”.
***
Etibarlı mənbə "Təzadlar"a bildirib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Dövlət İqtisad Universitetində bir-birini təkrarlayan ixtisaslar olduğundan, xüsusən də diplomlu gənclərin iş tapa bilməıməsi bu iki universitetlərin birləşdirilməsini zəruri edir: "Sadəcə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki bəzi ixtisaslar Ali Neft Akademiyasına veriləcək... Bununla da Dövlət büdcəsinə xeyli qənaət olunacaq...".
Məsələ ilə bağlı Təhsil Nazirliyindən rəsmi mövqe öyrənə bilməsək də, bəzi ekspertlər bunu real sayırlar...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.