Oman körfəzində İsrail gəmisinə hücum olub - ABŞ-ın Suriyaya zərbəsindən sonra

28-02-2021, 09:06           
Oman körfəzində İsrail gəmisinə hücum olub -
Fevralın 26-da Yaxın Şərqdə ABŞ HHQ-nin iranyönlü hədəflərə aviazərbələrindən sonra gərginliyin sürətlə artması qeydə alınıb. Bu, Co Baydenin Ağ Evə gəlişindən sonra Suriyada ilk ABŞ döyüş əməliyyatıdır.

Hərbi mövzular üzrə ixtisaslaşmış «Breaking Defense» portalının məlumatına görə, ABŞ HHQ bir neçə F-15 qırıcısının hava reydinin (ehtimala görə, İordaniyadakı bazadan) ardınca, Oman körfəzində (Ərəbistan dənizinin şimal-qərbində, Hörmüz boğazından keçməklə Fars körfəzi ilə birləşir) İsrailin ticarət gəmisi ilə insident baş verib.

İsrailin «MV Helios Ray» şirkətinə məxsus gəmi Baham adalarının bayrağı altında üzüb. Onun sahibi yəhudi dövlətinin nəhəng avtomobil ixracçılarından biri olan Rami Ungerdir.

İlk görüntülər göstərir ki, sanki gəmi dəniz minası ilə toqquşub. Nəşr qeyd edir ki, başqa versiya da var - ona gizli raket zərbəsi endirilib.

Belə başa düşmək olar ki, gəmi ciddi zədə alıb və zədə onu Səudiyyə Ərəbistanına qayıtmağa məcbur edib. Konteyner daşıyan gəmi Səudiyyənin Damam limanından Sinqapura kommersiya yükü daşıyırmış. Nəşrin xəbərinə görə, insident nəticəsində zərər çəkən olmayıb.

İsrail mənbələri xəbər veriblər ki, ilk görüntülər hadisənin İran tərəfindən törədilən hücuma (onun bölgədəki etibarlı tərəfdaşı tərəfindən) oxşadığını göstərir.

Hələlik insident barədə dəqiq informasiya yoxdur. Məlum olan budur ki, ABŞ HHQ 5-ci operativ donanması (məsuliyyət zonasına Yaxın Şərq daxildir) insidentin ilkin araşdırılmasında İsrailə kömək edir.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.