Belarus 2 polşalı diplomatı ölkədən çıxarıb

12-03-2021, 08:20           
Belarus 2 polşalı diplomatı ölkədən çıxarıb
Belarus Polşanın Qrodnodakı Baş Konsulluğunun iki əməkdaşını ölkədən çıxarıb.

APA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belarus XİN bu addımı Polşanın Brestdəki konsulu Yeji Timofeyukun qeyri-rəsmi keçirilən “Lənətlənmiş əsgərlər günü” tədbirində iştirak etdikdən sonra atıb.

Rəsmi Varşava da öz növbəsində cavab tədbiri olaraq Belarus diplomatını ölkədən çıxarmaq qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru