Azərbaycan XİN-dən Sasunyanın azad olunmasına reaksiya

12-03-2021, 08:24           
Azərbaycan XİN-dən Sasunyanın azad olunmasına reaksiya
Nazirlik erməni terrorçunun azad edilməsini kəskin qınayıb
Azərbaycan Xarici İşlər Nazirliyi Los Anceles Ali Məhkəməsi tərəfindən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə münasibət bildirib.
AYNA-nın məlumatına görə, nazirliyin "Twitter" səhifəsində edilən paylaşımda deyilir:
“Diplomatın qətlinə görə mühakimə olunan tanınmış və islah edilməmiş terrorçu H.Sassunyanın sərbəst buraxılması çox səhv siqnal verəcək və şübhəsiz ki, xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından birinə sahib dövlətdə diplomatiyanın mənafelərinə zərər verəcək”.

Xatırladaq ki, Türkiyə Respublikasının ABŞ-ın Los Angeles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə qətlə yetirilib.

Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən K.Saliba isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru