Putin niyə ictimai şəkildə peyvənd olunmadığını açıqladı - VİDEO

29-03-2021, 07:48           
Putin niyə ictimai şəkildə peyvənd olunmadığını açıqladı - VİDEO
Rusiya Prezidenti Vladimir Putin media qarşısında, ictimai şəkildə peyvənd olunmamasının səbəbini açıqlayıb.

“Rossiya 1” kanalının efirində yayımlanan “Moskva. Kreml. Putin” verilişində danışan V.Putin meymunluq eləməyə gərək olmadığını bildirib: “Başqasının etdiyini etməyə məcburam? Yəqin ki yox”.

Prezident həmçinin vurğulayıb ki, əgər kimisə aldatmaq lazım olsaydı, bunu hətta kameraların önündə də etmək olar: “İnyeksiyanı göstərə bilərsən, amma onun içində kefir, portağal suyu və s. ola bilər. Təbii ki, zarafat edirəm. Adicə vitaminlər də inyeksiya edilə bilər”.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru