Paşinyanın yeni seçki şüarı: "İstanbul evim, Bakı ocağım, Bayraktar biznesimdir"

29-03-2021, 14:46           
Paşinyanın yeni seçki şüarı:
“Qurbanlarının məzarları qarşısında diz çökmüş, türkü sevən bir ruh gəzir Ermənistanda”

KONKRET.az xəbər verir ki, bu sözləri keçmiş ədliyyə naziri, Milli Məclis sədrinin keçmiş müavini Arpine Ovannisyan bildirib.

O, özünün facebook səhifəsində daha sonra yazıb:

“Ermənilərin üzərində bir ruh gəzir, qurbanlarının məzarları qarşısında guya diz çökür. Türkləri sevən və məzarları ziyarət edən bir ruh. Bu ruh normal həyat səhnəsini qurmaq üçün əlindən gələni edir. Sanki hər şey qaydasındadır, həyat davam edir, Yerablur əldən getdi, heç elə bil “Bayraktar” övladlarımızı öldürmədi, sanki özü ilə arvadının bununla əlaqəsi yoxdur. O, özünü normal bir seçkidə iştirak edən böyük bir “inqilabçı” sanır

Türkləri sevən bu xain üçün seçki şüarı da var: “İstanbul mənim evimdir, Bakı ocağımdır, Türklər ailəmdir, Bayraktar isə biznesimdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru