Kosmosda əməkdaşlıq üzrə Rusiya-ABŞ sazişi uzadılır

5-04-2021, 09:22           
Kosmosda əməkdaşlıq üzrə Rusiya-ABŞ sazişi uzadılır
Rusiyanın Baş naziri Mixail Mişustin Rusiya və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında kosmik məkanın dinc məqsədlərlə istifadəsi məqsədilə tədqiqatlar aparılması istiqamətində əməkdaşlıq barədə Sazişin müddətinin uzadılması təklifini bəyənib.

Bu barədə Rusiya hökumətinin mətbuat xidməti xəbər verib.

Saziş 31 dekabr 2030-cu ilə qədər qüvvədə olacaq.

«Qərar əvvəlcədən Amerika tərəfi ilə işlənib, uzadılma proseduru isə diplomatik notaların mübadiləsindən sonra başa çatacaq. Rusiya notasının layihəsi Mixail Mişustin tərəfindən təsdiqlənmiş sərəncama əlavə olunur» - mətbuat xidmətindən bildiriblər.

Xatırladırıq ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov dekabrın əvvəlində bəyan etmişdi ki, Moskva Vaşinqtonun yeni administrasiyası ilə əməkdaşlığı genişləndirə bilər - ən azı, 5 istiqamət üzrə. Diplomatın sözlərinə görə, söhbət strateji sabitlikdən, nüvə silahının yayılmamasından, kosmosda əməkdaşlıqdan, terrorçuluqla mübarizədən və koronavirus pandemiyasından gedir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru