Co Bayden "soyqırımı" dedi, Marqarita Simonyan onu tənqid etdi: SƏBƏB?
28-04-2021, 17:19

ABŞ administrasiyasının "uydurma erməni soyqırımı"nı tanıması çox az sayda ağlı başında olmağı ilə soydaşlarından seçilən 5-10 ermənini kədərləndirib. Niyə ? - deyib soruşsanız, bir qədər geriyə dönüb baxmaq məcburiyyətində olacağıq. Beləki, bütün dünyaya , eləcədə ermənilərin özlərinə də agahdır ki, Qafqaza Rusiyanın suiyasi sifarişi ilə köçürülən yurdsuz-yuvasız ermənilər burda möhkəmlənərək dövlət qurmağa da müvəffəq olublar. Elə o vaxtdan Qafqaz xalqlarından fərqli olaraq hər zaman Rusiyanın əlində maşa (çömçə) rolu oynamış və rus çinovliklərinin istədiyi bölgədə qarışıqlıq salmağı, işğallar, faciələr, qırğınlar, qanlı olaylar, terrorlar yaratmağı özlərinə borc bilərək zövqlə insan qanı axıtmışlar. 200 ildən çoxdur ki, Qafaqzdakı sabitliyi pozan Rusiyanın bu "əlbuyruqçuları"nın ölkəsində böyük bir hərbi bazası var!
Amma, Rusiya yeri düşəndə xəstə təxəyyüllü bu toplumun kütləvi qırılmasından da narahat olmur. Hətta çox vaxt bu qürursuz, şərəfsiz toplumu özü yaratdığını etiraf edərək, onları yerdən yerə vurmağı da bacarır.
Ümumiyyətlə, belə "çömçə"lər hər bir ölkəyə, hər bir ölkənin xarici siyasətinə lazımdı. Olmayan "erməni soyqırımı"nı tanıyan Argentina Rusiya Kanada Yunanıstan Livan, Belçika Polşa, Almaniya, Venesuela, Litva Fransa və digər ölkələrin məqsədi bəlkə də "çömçələr"dən öz məqsədləri ucun yeri gələndə istifadə etməyi nəzərdə tutmasıdır? Hər sahədə, lap Ermənistanın yaradıcısı olan ruslara qarşı da bu "çömçələr"i işlətmək mümkündür!
Hazırda ABŞ-ın bu addımı atması yuxarıda qeyd etdiyim kimi ağlı başında olan ermənini sevindirə bilməz. Çünki böyük dövlətlərin Ermənistan kimi xəritədə görsənməyən bir ölkəyə niyə bu qədər "mərhəmət" göstərməsi onlara məlumdu. Məxsus olduqları toplumun xasiyyətini, xislətini bilirlər axı...
Məsələn, Rusiyanın “RT” kanalının baş redaktoru Marqarita Simonyan dediyim ağlı başında olan ermənilərdən biridir! O, ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı bəyanatını özünün "Teleqram" kanalında paylaşım edərək. sərt tənqid edib. Yazıb ki, ABŞ yüz ildir bu “soyqırımı” tanımayıb: "Bir əsrdən artıq bir müddətdə Amerika və onun liderləri xalqımın "soyqırımı"nı tanımadılar. Çünki geopolitik vəziyyət belə idi və siyasi konyunktur daha vacib olub. İndi isə Bayden belə bir bəyanat verdi. Bayden bu bəyanatı ona görə vermədi ki, o, artıq həqiqətin inkarına dözə bilmir. Bu, ədalət tərəfdarı olduğu üçün deyil. Çünki anın geosiyasi vəziyyəti dəyişdi. Biz sadəcə bəyanat olan vərəqlərdən məmnun deyilik. Əslində, ABŞ elitasının ermənilə münasibəti yoxdur - nə yaxşı, nə də pis. Ermənilər ABŞ üçün sadəcə bir silahdır. Hansı ki, yüz ildir bir anbarda saxlanılırdı. Buna görə mən bu gün xoşbəxt deyiləm, kədərlənirəm".
Amma Simonyanı qınamağına dəyməz. Çünki çox doğru düşünüb . İqtisadi gücü olmayan, müharibədən məglub çıxan Ermənistan kimi xırda bir ölkə özündən böyük iki ölkəyə düşmən gözü ilə baxaraq, saxta iddialarla bu böyük və qonşu olan dövlətləri məyus etməsi regionda Ermənistanın gələcək imkanlarına, eyni zamanda iqtisadi inkişafına yaxşı şeylər vəd etmir.
Əntiqə RƏŞİD
ədalet