Baydenlə Mossad rəhbəri arasında görüş baş tutub

2-05-2021, 09:51           
Baydenlə Mossad rəhbəri arasında görüş baş tutub
ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda olan İsrail xarici kəşfiyyat xidmətinin (Mossad) rəhbəri Yosi Kohen ilə görüşüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, daha əvvəl Kohenin ABŞ Dövlət katibi Entoni Blinken ilə görüş keçirdiyi bildirilir. Xüsusi xidmətin rəhbəri İranın nüvə fəaliyyətindən "dərin narahatçılıq" keçirdiyini ifadə edib.

Dövlət departamentinin mətbuat sorumlusu Ned Prays jurnalistlər üçün keçirdiyi brifinq zamanı Blinken və Kohen arasındakı məsləhətləşmələr faktını nə təsdiqləyib, nə də təkzib edib. Onun sözlərinə görə, ABŞ və İsrail sıx təmasdadırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru