Solovyovdan Lukaşenkoya Krım cavabı: Qəribə şərtdir!

10-08-2021, 09:43           
Solovyovdan Lukaşenkoya Krım cavabı:
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Krımı tanıması ilə bağlı irəli sürdüyü şərt qəribədir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist-aparıcı Vladimir Solovyov deyib.

“Öz siyasi qərarını “oliqarx”larla bağlamaq, hələ özgələrlə... Sadə dillə desək, uzaqgörənlik deyil. Rusiyada 90-cı illərin anlayışı ilə qəbul edilən “oliqarx” yoxdur. Prezidentin açıqlaması çoxvektorluluğun əks-sədasıdır. İndi bu, belə görünür: Qərb Belarusu rədd edir, Rusiya isə əski narazılıqlardan dolayı Lukaşenko ilə məsafə saxlayır. Strateji tənhalığın ideal resepti”, - deyə Solovyov bildirib.

Qeyd edək ki, A.Lukaşenko Rusiyada sonuncu oliqarxın Krıma məhsul gətirdiyi zaman adanı Rusiya ərazisi kimi tanıyacağını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru